Dünyanın aparıcı neft-qaz şirkətlərindən biri olan “Shell” Rusiyadakı bütün neft-qaz layihələrində iştirakdan imtina etdiyini bildirib.
Banker.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.
Məlumatda deyilir ki, ilk addım olaraq şirkət Rusiya neftinin bütün spot alışını dayandıracaq.