24 C
Baku
Friday, April 26, 2024

Avropanın ən gözəl kəndləri

Avropada öz memarlığının orijinallığı və qədimiliyinə, həmçinin buralara ziyarət etmək istəyən turistlərin göstərdiyi marağa görə heç də Avropadan geri qalmayan kəndlərin sayı az deyildir.

Bu kəndlərin qeyri adi gözəlliyi hətta təcrübəli səyahətçiləri də heyran qoymağa qadirdir. Sizə Avropanın müxtəlif uc-bucaqlarında yerləşən ən gözəl kəndlərin seçmələrini təqdim edirik.

 1. Ez kəndi, Fransa Lazur sahili

village01

Bu, Fransız Riverasının kurort bölgəsinin inanılmaz mənzərəli bir guşəsidir. Bu olduqca qədimi bir məskəndir, hələ qədim finikiyalılar tərəfindən əsası qoyulub və öz adını qədim Misir ilahəsi İsidanın şərəfinə qəbul edib. Bu gün Ezdə ən qədim bina Ağ Qardaşlığın Tövbə edən Günahkarlar kilsəsidir, əsası 1306-cı ildə qoyulub. Bu balaca məkanda bir çox məşhurlar istirahət edib və ya çalışıblar. Məsələn, məhz bu mənzərəli yerdə Nitsşe özünün “Zərdüşt belə deyərdi” fəlsəfi romanını yazıb.

2. Pitilyano, İtaliya

village02

Bu mənzərəli qəsəbənin sakinlərin sayı 4000 olar. Yerli əhalinin böyük hissəsini yəhudilər təşkil edir. Buna görə də şəhərciyə hətta Gənc Yerusəlim də deyirlər. Qəsəbənin özündə və onun ətrafında orta əsrlər dövrünə məxsus çoxlu memarlıq abidələri vardır.

3. Polperro, Böyük Britaniya

village03

Ağlasığmaz gözəlliyə malik bu balıqçı kəndi Plimutdan çox da uzaq olmayan məsafədə yerləşir, yayda bura o qədər turist axır ki, son dövrlərdə turizm yerli iqtisadiyyatın əsas sahəsinə çevrilib.

4. Qalştat, Avstriya

village04

Bu Avstriya kommunası əlçatmaz dağlıq ərazidə yerləşir və Avropanın ən gözəl yerlərindən biri hesab olunur. Burada ən qədəm Avropa duz mədənləri və dünyada ən qədim boru kəməri yerləşir, bu boru vasitəsi ilə duz məhlulu Ebanzeyə çatdırılır.

5. Vengen, İsveçrə

village05

Vengen – füsunkar bir kənddir, əsrarəngiz Bern Alpında yerləşir. Turistlərin sayı burada yerli əhalini 5 bəzən isə 10 dəfə üstələyir. Burada dağ idman növləri gözəl inkişaf edib və hər qış məşhur “Lauberxorn” yürüşləri keçirilir. Xizəkçilik idman növü və gözəl dağ peyzajları ilə yanaşı turistlərə zəngin mədəni proqram təklif edilir: yerli kilsədə orqan musiqi gecələri keçirilir, vağzalda isə xalq mahnıları və dini musiqi konsertləri təşkil olunur. Həmçinin Vengendə məşhur kukla teatrı fəaliyyət göstərir.

6. Obiduş, Portuqaliya

village06

Bu qədimi mənzərəli şəhərcik uzun dövrlər ərzində Portuqaliya krallarının divan torpaqlarına daxil olub. Şəhərdə kifayət qədər qədimi memarlıq abidələri vardır, onların içərisində ən böyüyü isə 12-ci əsrdə tikilmiş Obiduş qəsridir, bundan əlavə bu şəhərcik öz dadlı şokoladları ilə (onu hətta “şokolad paytaxtı” da adlandırırlar) və ənənəvi albalı likörü ilə məşhurdur.

7. Deya , Malyorka adası

village07

Bu balaca kəndə şöhrət qazandıran təkcə onun gözoxşayan mənzərələri deyil, həmdə müxtəlif zamanlarda burada yaşamış tanınmış şəxsiyyətlərdir. İngiltərəli şair Robert Qreyvs, amerikalı yazısı Anaisnin, şairə Klaribel Aleqriya – bu məşhurların heç də tam siyahısı deyil. Bu gün Deya turistlər arasında elə populyardır ki, kənddə daima 20 restoran fəaliyyət göstərir ki, bütün gələn qonaqları qida ilə təmin etmək mümkün olsun.

8. Ravello, İtaliya

village08

Ravellonun mənzərəli təbiəti həmişə turistləri özünə cəzb edib, onların sırasında da tanınmış şəxslər az deyil. Bir zamanlar burada bəstəkar Edvard Qriq, Qreta Qarbo, Sofi Loren, Qor Vidal və başqaları istirahət edib. Kəndin ən başlıca görməli yeri 1086-cı ildə tikilmiş kilsədir. Burada əzəmətli əzabkeş və şəfaverici Panteleimiona məxsus əşyaların qalıqları saxlanılır.

9. Puçişçe, Xorvatiya

village09

Puçişçe – möcüzələr diyarıdır, bu balaca şəhərcik Braç adasında yerləşir. Adanın özünün eni 12 km, uzunluğu isə 40 km təşkil edir. Şəhərciyin yaxınlığında daş karxanası yerləşir və burada məşhur bəyaz əhəngdaşı hasil edilir. Bu “braç daşları” ilə qədim dövrlərdə Diokletina sarayı üzlənmişdir, bizim dövrdə isə Vaşinqtonun Ağ Evi bu daşlarla bəzənib. Şəhər əhalisinin əsas fəaliyyət növü əlbəttə ki, dünyanın bütün yerlərindən bu mənzərəli şəhərə axışan çox saylı turistlərə xidmət göstərməkdir.

10. Kazimej-Dolnı, Polşa

village10

Kazimej-Dolnı Polşanın ən gözəl şəhərlərindən biri hesab olunur. Artıq 200 ildən çoxdur ki, o turist və rəssam kütlərini özünə cəlb edir, xüsusən də yay dönəmində. İmprovizə edilmiş rəssam sərgilərinə şəhərin az qala hər döngəsində rast gəlmək mümkündür. Eksponatlara nəinki baxmaq, həm də onları almaq mümkündür. Həm də şəhərdə çoxlu tarixi binalar var, şəhər kənarında gözəl kənd mənzərələri və təbiət qoynunda istirahətlər, qədim şəhərin qalıqları gözləyir.

11. Otuar, Fransa

village11

Bir çoxları hesab edir ki, Otuar – bütün Fransa ərazisində ən gözəl kənddir. Qəsəbənin 800-dən çox yaşı var, amma burada daha çox XVI və XVII əsrlərə məxsus tikililər qalıb. Onlar Otuarı bütün tərəflərdən əhatə edən iri massivli qayaların arasında çox əsrarəngiz görünür.

12. Karlinqford, İrlandiya

village12

Bu balaca kənddə 500-dən bir az artıq adam yaşayır, 800 il əvvəl norman cəngavəri bu yerdə saray ucaldıb, kənd isə onun ətrafında daha sonralar yaranıb və böyüyüb. Bu qəsr bu gün də Karlinqfordun ən başlıca əzəmətli abidəsi hesab olunur.

13. Mittenvald, Almaniya

village13

Mittenvald kəndi Bavariya peyjazının fonunda möhtəşəm görünür. Buradakı evlər də sanki nağıl illüstrasiyalarını xatırladır. Burada saatlarla gəzmək, ətraf mühitdən zövq almaq, rahat mağazalara baş çəkmək və restoranlarda orijinal alman mətbəxinin dadına baxa bilərsiniz.

14. Krupe, Belçika

village14

Krupe Qəsəbəsi Valloniya vadisində yerləşir. Əsrlər öncə olduğu kimi onu indidə su çuxurları əhatə edir, nisbətən uzaqlıqdan isə əlçatmaz qəsr və bir neçə mənzərəli mağaralar görünür. Qəsr bu gün də turistlər üçün əlçatmazdır, çünki onları bura buraxmırlar, o şəxsi mülk hesab olunur, lakin kənardan onun gözəlliyindən həzz almaq mümkündür. Həqiqətən də burada elə peyzajlar var ki, onlardan baxmaqla doymaq mümkün deyil.

15. Fyolbaka, İsveç

village15

Fyolbaka inanılmaz gözəlliyə malik balıqçı kəndidir. Bu gün bura turist axını hələ ki, o qədər də yüksək deyil, amma ildən-ilə gələnlərin sayı artır. Kəndin populyarlığının artmasına müsbət təsir göstərən maraqlı bir amil isə burada baş tutan “Fyolbakada qətl” sənədli filminin çəkilişləridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər