-1 C
Baku
Sunday, December 15, 2024

Avropanın ən güclü futbol liqaları keçən mövsümdə rekord €15,6 mlrd. qazanıblar

Deloitte analitiklərinin qiymətləndirmələrinə görə, İngiltərə çempionatının ali liqası keçən mövsümdə €5,44 mlrd. gəlir əldə edib. Bu, almanların Bundesliqası ilə müqayisədə 72% çoxdur (€3,2 mlrd.). Almaniyadan sonra üçüncü yerdə İspaniyanın La Liqası (€3,1 mlrd.), dördüncü yerdə İtaliyanın A Seriya (€2,2 mlrd.), beşinci yerdə isə Fransanın Liqa 1 (€1,7 mlrd.) durur. Ümumilikdə Avropanın ən güclü futbol liqaları keçən mövsümdə rekord €15,6 mlrd. qazanıblar.

Banker.az xəbər verir ki, Futbol liqa gəlirlərinin əsas hissəsini futbol maçlarını göstərmək hüququ təşkil edir: məsələn, ingilis Premyer-liqa 17/18 mövsümdə  €3,2 mlrd. qazanıb – yəni, demək olar ki, ümumi məbləğin 60%. Bu, Almaniya ilə müqayisədə 2,5 dəfə çoxdur. Buna baxmayaraq, ziyarətçilərin sayına görə Almaniya birinci yerdədir: bir matça orta hesabla 44 000 nəfər gəlir.

Bu mövsümdə ingilis klubları beynəlxalq arenada üstünlük təşkil edirlər. Avropanın iki əsas turnirin – Çempionlar Liqası və Avropa Liqasının finalında – yalnız Premyer Liqanın klubları olub. Onların dördündən üçü Londondandır. Milyarder Roman Abramoviçə məxsus olan  “Çelsi”, “Arsenal” ı 4:1 hesabı ilə məğlub edərək, Avropa Liqası mükafatını aldı. “Liverpul” və “Tottenhem” Çempionlar Liqasında şənbə günü yarışacaqlar.

Avropanın ən gəlirli çempionatlarına Türkiyə, Niderland, Portuqaliya və Şotlandiya da daxildir.

Son xəbərlər
Digər xəbərlər