Financial Times nəşriyyatı növbəti dəfə Avropanın ən məşhur biznes-məktəblərinin fəaliyyətinin yekunlarını açıqladı.
Bu dəfə yeddi illik liderlikdən sonra Parisdə yerləşən beynəlxalq Avropa biznes-məktəbi öz mövqeyini itirərək, liderliyi Madrid İE Business-ə verdi.
London biznes-məktəbi isə reytinqdə yalnız dördüncü yerə çıxa bildi. Paris L’ESCP Europe isə səkkizinci mövqedə qərarlaşıb. Lion menecment məktəbi 15-ci yeri tutur, Qrenobl isə 21 mövqe geriləyib. Reytinqi Monpolye bağlayır – 68-ci yer. Bütövlükdə isə Birləşmiş Krallığın təhsil müəssisəsi cari ildə fransızları keçə bildi: top-75-liyə 21 Britaniya məktəbləri daxil olmuşdur.
Reytinqdə ölkələrin sırası belədir: birinci, beşinci və altıncı yerləri İspaniyanın iqtisadi məktəbləri; ikinci, dördüncü və onuncu yerləri Fransanın biznes məktəbləri tutur, üçüncü, 12,13, 16 və 18-ci yerlər isə Böyük Britaniyaya ayrılıb. Yeddinci mövqe İsveçrə biznes-məktəbinə aiddir. Hollandiya isə Rotterdam menecment məktəbi ilə reytinqin doqquzuncu yerində qərarlaşıb, Parisien xəbər verir.