Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. Buna səbəb şirkət səhmlərinin qiymətinin artması olub.
Hazırda onun sərvəti 122 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Qeyd olunub ki, 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.
Eyni zamanda, 15 oktyabrda şirkət bu ilin doqquz ayında gəlirlərində 21 faiz azalma olduğunu açıqlayıb.