12 C
Baku
Monday, November 25, 2024

Avropanın ən varlı sakinləri müəyyən edildi

Avropalı mətbuat xidmətlərinin verdiyi məlumata əsasən Lüksemburq sakinləri Avropa İttifaqının ən varlı vətəndaşları seçilib. Lüksemburq sakinlərinin adambaşına düşən ÜDM orta avropalıya məxsus nisbəti 2,5 dəfə üstələyir. Bolqarıstan reytinqin ən sonunda, Fransa isə mərkəzdə yer alıb.

Ekspertlərin fikrincə fransızlar Hollandiya, Belçika, Almaniya və İrlandiya ilə bərabər “qızıl mərkəz”də yerləşir.

Ümumilikdə isə, ÜDM-un artması Şimali Avropanın bütün ərazilərində müşahidə edilir. Bununla yanaşı, Avropada orta səviyyə 15 və 20% arasında dəyişir. Burada Lüksemburq istisna təşkil edərək Avropadakı orta göstəricini üstələyərək 163% təşkil etmişdir.

Elə həmin araşdırmaya görə, Portuqaliya, İspaniya, Yunanıstan və Kipr nisbətən az varlı ölkələr seçilmişlər. Onların göstəriciləri çox çətinliklə Avropa səviyyəsinə gəlib çatır.

Reytinqi isə Bolqarıstan və Ruminya tamamlayır – bu ölkələrin sakinləri Avropa İttifaqında ən aşağı səviyyəli alıcılıq qabiliyyətinə sahibdirlər.

fhd

Son xəbərlər
Digər xəbərlər