14 C
Baku
Saturday, November 23, 2024

Avropanın ən xoşbəxt və bədbəxt ölkəri açıqlandı

Aİ-nin ən xoşbəxt və ən bədbəxt ölkələri açıqlanıb. Avropanın ən xoşbəxt ölkəsi Avstriya olub. İlk üçlükdə ittifaqın ən kasıb ölkələrindən biri olan Polşa və Rumıniyanın yer alması diqqət çəkib. Aİ-nin ən zəngin ölkələrindən biri olan Almaniya sonuncudan ikinci yerdədir. Sonuncu ölkə isə Bolqarıstan olub.

Avropa Birliyinin rəsmi statistika agentliyi olan “Eurostat” hər il üzv ölkələrin əhalisinin həyatlarından nə qədər xoşbəxt olduğunu araşdırıb.

“Bir ölkə nə qədər zəngindirsə, xalqı da bir o qədər xoşbəxtdir”, – deyə fərz edilsə də, nəticələr bunu sübut etməyib. Almaniya 27 ölkə arasında ən güclü iqtisadiyyatlardan birinə sahibdir, lakin xoşbəxtlik baxımından vəziyyət o qədər də ürəkaçan deyil.

2021-ci ildə 7,1 bal toplayan Almaniyada son məlumatlar bu nisbətin 6,5-ə düşdüyünü göstərir. Kölndə yerləşən Rheingold İnstitutu da keçən həftə nəticələri açıqlanan sorğusunda almanların əhəmiyyətli bir hissəsinin “narahat, laqeyd və introvert” olduğunu bildirib.

İqtisadi durğunluqla yanaşı, Almaniya Ukraynadakı müharibə, görünməmiş immiqrasiya artımı və qeyri-populyar hökumət kimi problemlərlə də mübarizə aparır.

Digər tərəfdən, Aİ ölkələrində 16-29 yaş arası insanlar 65 yaşdan yuxarı olanlara nisbətən daha yüksək həyat məmnuniyyəti nümayiş etdiriblər. O da diqqəti cəlb edirdi ki, uşaqlı ailələr ən xoşbəxt, tək nəfərlik ailələr isə ən xoşbəxt ailələrdir.

Son xəbərlər
Digər xəbərlər