Avropanın ən zəngin adamı olan Bernar Arno milyarderlərin qlobal reytinqində ikinci yeri ala bilər. Xatırladaq ki, hal-hazırda dünyanın ikinci ən zəngin adamı Bill Qeytsdir.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi LVMH şirkətinin rekord maliyyə göstəriciləri olub.
Cümə axşamı günü fransız milyarderin sərvəti təxminən 2,9 milyard dollar artıb və bu, 2019-cu il üçün rekord göstəricidir.
“Forbes Real-Time” reytinqinə əsasən, günün sonunda LVMH-in səhmləri 2,74% artdıqdan sonra Arnonun sərvəti 108,7 milyard dollar dəyərində qiymətləndirilib. Şirkətin verdiyi məlumata görə, 2019-cu ildə satışların həcmi 60 milyard dollar (53,7 milyard avro) təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 15% çoxdur. Ən gəlirli sahə geyim və dəridən hazırlanmış malların istehsalı olub – 22,2 milyard dollar.
Sərvətin artmasına baxmayaraq, Bernard Arno dünyanın ən zəngin adamları reytinqində hələdə üçüncü yerdədir.