17.8 C
Baku
Monday, May 19, 2025

Avropanın 10 ən gözəl oteli

Siz artıq yayda hansı oteldə istirahət edəcəyinizə dair qərar vermisiniz? Seçimdə çətinlik çəkirsiniz? Sizə 2012-ci ilin Travel+Leisure agentliyinin versiyasına əsasən Avropanın 10 ən gözəl otelini diqqətinə təqdim edirik.

Corinthia Hotel

London, Böyük Britaniya

Dünyaca məşhur Trafalqar Meydanından cənub tərəfdə böyük bir binada yerləşən Müdafiə Nazirliyinin keçmiş  baş-qərargahının alınmasına və bərpa edilməsinə 448 milyon dollardan daha çox pul xərclənmişdir. İndi o 294 otaq nömrələrindən ibarət dəbdəbəli bir otelə çevrilib, bu otaqlardan yeddisi ikimərtəbəli “lüks” və kralsayağı “lüks”- otaqlardır. Otelin özünün şərab zirzəmisi və kinoteatrı da vardır. Əgər siz hər hansısa bir səbəbdən bu oteldə nömrə sifariş etmək qərarına gəlmisinizsə, heç olmasa onun restoranlarından birinə baş çəkin – balıq yeməkləri təklif edilən Massimo və ya bütün yeməklərin yalnız orqanik məhsullardan hazırlandığı – Northall.

Mandarin Oriental

Paris, Fransa

Şəhərin düz ürəyində, Luvr muzeyinin iki addımlığında yüksək dəb dükanları ilə dolu bir küçənin mərkəzində 2011-ci ildə məşhur Mandarin Oriental şəbəsəkinə məxsus yüksək zövq və zəriflik nümunəsi olan 138 otaqdan ibarət otel öz qapılarını müştərilərin üzünə açdı. Bu layihənin hər bir nüansı üzərində dünyanın ən yaxşı dizaynerləri çalışmışdır, elə ona görə də nəticə bütün gözləntiləri də üstələdi. Şərq üslübunun sakitlik gətirən ahəngi müasir memarlıq tendesiyaları ilə bilikdə gözəl vəhtəd təşkil edib. Bu nisbətən qəribə və eklektik tərz demək olar ki, hər bir detalda özünü büruzə verir, istər otaqlarda, istər dəhlizdə və istər də, bu qısa müddət ərzində kifayət qədər məşhurlaşmış qastronomik restoranda.

 

Conservatorium

Amsterdam, Niderland

Memarlar çox cəsarətli bir addım ataraq, yüz il əvvəl konservatoriyanın yerləşdiyi qədimi binanın zahiri görünüşünü tamamı ilə dəyişmişlər. Hər bir otel nömrəsini italyan üslubunda mebellə və çoxlu əcaib əşyalarla təchiz edilib: müxtəlif ötürücülər, səsboğucu sitemlər, böyük maye kristal panel. Eyni zamanda binada ən gözəl detallar qorunub saxlanmışdır, divar naxışı ilə işlənmiş plitələr və ya naxışlı daş döşəmələr. Ziyarətçilər üçün nəzərdə tutulmuş iri hovuz, hər cür avadanlıq ilə təchiz olunmuş məşq zalı, yoqa –studiyası və spa-mərkəzi əlavə bir bonus ola bilər.

 Hôtel Le Bristol

Paris, Fransa

Lap təzəlikcə Parisdə təmir-bərpa işlərindən sonra daha bir ecazkar otel açılmışdır. Hôtel Le Bristol çox nüfuzlu və hörmətləlayiq səkkizinci dairədə yerləşir.  Çox çətin bir təmir prosesindən (130 milyon dollara başa gəlmiş) sonra saray-otel öz görkəmini dəyişmiş, lakin oradada 19-cu əsrə aid nadir rəssamlıq işləri və 1925-ci ildə yaradılmış qızılı tavanlar saxlanılmışdır. Dəbdəbəli otel otaqları ilə yanaşı qonaqlara təqdim olunan xidmətlər arasında La Prairie spa-mərkəzi (eyni adlı elit kosmetikada çalışan) və üç Mişlen ulduzuna layiq görülmüş Epicure restoranını qeyd etmək olar. Döyülmüş dəmirdən hazırlanmış liftlər ən zəngin qonaqları nəhəng panoramalı “lüksa” qaldıracaq, bəlkə sizlərdən çoxu onu Vudi Alanın “Parisdə gecəyarı” filmində artıq seyr edib.

Amanruya

Bodrum, Türkiyə

Bu il Türkiyənin çox füsunkar mənzərəli Anadolu sahillərində dincəlmək istəyən turistləri çox gözəl bir hədiyyə gözləyir:  Dekabrda Bodrumdan çox da uzaqda yerləşməyən yeni gözəl bir otelin açılış oldu. O yaşıl zeytun bağlarının, tropik şam meşələrinin arasında və Egey dənizin  mavi körfəzinin üzərində yerləşir. Otelin mənzil-nömrələrində kömürlə işləyən sobalar, qəşəng hamam otaqları var, nömrələrin qarşısındakı həyətlərdə isə fərdi istifadə üçün nəzərdə tutulmuş hovuzlar da vardır. Amma gününü daha çox çimərlikdə keçirmək istəyən və yalnız gecələmək üçün otelə getmək istəyənlər isə daha yaxşı olar ki, başqa bir yerə üz tutsunlar, çünki düzünə qalsa bu otel çimərlikdən xeyli uzaqdır.

Park Lane

London, Böyük Britaniya

Sizin mehmanxanda olduğunuzu göstərəcək heç bir əlamət sezilmir, burda nə təmtaraqlı qəbul şöbəsi, nə də girəcəkdən asılmış elanlar yoxdur.  Amma buna rəğmən sizi çox zərif, həzin, mötəbər dədəbə üslubunda  tərtib olunmuş 45 otel nömrəsi gözləyir: burada ağacdan düzəldilmiş detallar, gözəl mənzərələrə açılan pəncərələr, plazma panellər, mərmərlə işlənilmiş geniş hamam otaqları üstünlük təşkil edir. Hər şeydə qüsursuz stil özünü götərir: o qara qranitdən hazırlanmış bar divarlarında da hiss olunur, burada divarlardan sizə hollivud ulduzlarının fotoları baxır. Bu otelin yeganə çatışmazlığı odur ki, orada elektrik rozetkaları düzgün quraşdırılmayıb və çox vaxt onlara ştepseli taxmaq böyük çətinlik törədir.

L’And Vineyards

Evara Portuqaliya

Bu yaxınlara qədər yalnız üzüm fermalarının yaxınlığında yerləşən balaca mehmanxanalar öz şərablarını qonaqlara təklif edə bilirdi, amma indi Evorada əsl şərab kurortu meydana gəlmişdir. Lissabondan avtomobillə cəmi 45-dəqiqəlik  məsafə qət etdikdən sonra, siz qəribə futurizm üslubunda olan bir binanın şahidi olacaqsınız. Daxilidə qonaqları divarları evkaliptdən hazrlanmış panellər ilə tərtib olunmuş 22 “lüks” nömrə gözləyir. Daha  10 “səmavi lüks”  nömrədə isə müxtəlif teleskoplar quraşdırılıb. Burada aydın gecələrdə səma cismlərinin hərəkətlərini izləmək olur. Sizin istirahətiniz bitmək-tükənmək bilməyən dequstasiya prosesinə çevriləcək. Əgər  əyləncə ilə dolu yerli içkilər dünyasından baş ayıra bilsəniz onda qonşulqda yerləşən orta əsrlərə məxsus, Yuneskonun dünya irsi siyahısına daxil edilmiş qədimi Evora şəhərinə baş çəkə bilərsiniz.

 Palazzo Margherita

Bernalda, İtaliya

Möhtəşəm bir otelə çevrilmiş, eyni zamanda həm də romantik abı-havalı saray İtaliyanın dərinliklərində, gözəl mənzərəli bir guşədə yerləşir, bu mənzələrdən hər-biri insanı öz ağuşuna çəkir. On nəhəng nömrə inanılmaz dərəcə də gözəl və istənilən bir məşhur kral ailəsinin gizli istinadgahına çevrilməyə layiq bir məkandır. Rəsm nümunələri ilə bəzənmiş tavanlar, şəbəkə şəkilli şüşə çil-çıraqlar, mozaikalı döşəmələr –bütün bunlar otelə əsl saray görkəmi bəxş edir. Əsl italyan saraylarına məxsus olduğu kimi burada da daxili ecazkar həyət, fəvvarəli balaca bir mövcuddur. Siz nahar etmək üçün, həm bağda, həm öz otağınızda, həm də kölgəli həyətdə yer seçə bilərsiniz. Bütün yeməkləri sizin üçün təcrübəli baş aşpaz hazıralayacaq.

The Pig

Xempir, Böyük Britaniya

Bu otel özünün qədimi görkəmi ilə seçilir. Sanki orada keçmişdən bəri heç nə dəyişməyib. Otelin daxili quruluşu da onun viktorian dövrlərinə mənsub olduğunu xatırladır: bir az köhnəlmiş divarlar, “əcdadların” fotoları asılmış zallar, qədimi sobalar, yumşaq rahat kreslo və divanlar, caynaqlı pəncələr üzərində gözəl üslüblu hamamlar. Əlbəttə burada müasir zamanın tələblərinə də diqqət yetirilir, heç kəs, nə televizorlardan, nə də mobil telefonlardan imtina etmək fikrində deyil. Oteldə cəmi 26 nömrə vardır, ona görə də o xırda toplantılar və ya danışıqlar aparmaq üçün, xüsusi ilə də əgər biznesmenlər cəmiyyətin maraq dolu baxışlarından uzaq olmaq istəyirsə çox əlverişi bir yerdir.

Villa Clarisse

İl-de-Re, Fransa

Atlantik sahillərində yerləşən İl-de-Re adası biritaniyalı və fransız səyahətçilərin sevimli istirahət yerləridir. Burada səyahətçiləri qum çimərlikləri, dəniz məhsulları və əlbəttəki fransız şərabı gözləyir. Belə bir yerdə adam çox da böyük olmayan villada təbiətin qoynunda yaşamaq istəyir. Əgər siz də burada XVIII əsrdə aid kəndsayağı bir ev kirayələsiniz, sizin də belə bir şansınız olacaq. Sadə, amma olduqca rahat, bayağı təmtəraqdan və cəh-cəlaldan uzaq.  Ev sahibləri sizə yalnız səhər yeməyini servis edə bilər, ona görə qidalanmaq üçün beş dəqiqəlik məsafədə yerləşən şəhərciyə üz tutlmalısınız.

Son xəbərlər
Digər xəbərlər