9 C
Baku
Thursday, December 12, 2024

Avropanın avtomobil sənayesi son 75 ilin antirekordunu təzələyə bilər

Yayılan koronavirus və bağlanan sərhədlər fonunda Avropanın əsas avtomobil istehsalçısı ölkələrində avtomobil istehsalı kəskin azalıb.

Fransada avtomobil istehsalı təkcə mart ayında 72% azalıb. Ötən ay ölkənin nəhəng avtomobil istehsalçıları olan “Renault”da istehsal 71,6%, PSA-da (“Peugeot Citroen” brendləri) isə 73,4% düşüb. Avropanın əsas avtomobil istehsalçısı və ixracatçısı olan Almaniyanın avtomobil zavodlarının 40%-i hazırda epidemiyaya görə bağlıdır. İşləyən müəssisələrin isə 570 minə yaxın işçisi tam olmayan iş qrafikinə uyğun çalışır və bu da istehsala mənfi təsir göstərir.

Digər ölkələrə gəldikdə isə İspaniyada bu sahədə azalma 69% olub.

Qeyd edək ki, ekspertlərin proqnozlarına görə, əgər vəziyyət belə davam edərsə, Avropa avtomobil sənayesi 1945-ci ildən bəri ən aşağı istehsal rəqəmləri ilə üzləşə bilər.

©APA

Son xəbərlər
Digər xəbərlər