Avropa Avtomobil Konstruktorları Assosiasiyası yanvar ayında markalar üzrə təzə avtomobil satışlarının statistikasını yayıb.
Avropanın bütün istehsalçılarının satışları geriləyib. “Volkswagen” qrupunun satışları ay ərzində 7% azalıb. Onun rəqibi “Stellantis”də geriləmə daha ciddidir: 15,1%.
“Renault” qrupunun ən çox satılan modeli “Dacia”nın satışında azalma 16%-ə çatır.
Alman istehsalçılara gəlincə, “BMW”nin satışları 9,2%, onun rəqibi “Mercedes”in satışları 13,8% azalıb.
Avropalı istehsalçıların tənəzzülü fonunda asiyalı istehsalçıların satışlarında davamlı artım müşahidə olunur. “Toyota”nın satışları 9,7%, Hyundai-Kia qrupunun satışları isə 28,7% artıb.