6 C
Baku
Sunday, December 15, 2024

Avropanın banksistemində xəta baş verib

Finlandiya bankının bəzi müştəriləridə ödəniş kartlarından istifadə ilə əlaqədar problemlər yaranıb. Bu hadisə Bazar günü, 29 İyulda baş verib, bu barədə məlumatı  Skandinaviya ödəniş provayderi Nets verib.

Problemlər, kartlardan istifadə edərək əməliyyatların həyata keçirilməsinə, eləcə də onlayn bank xidmətlərinə təsir göstərmişdir. Bu Nets şəbəkəsinin  sistemində baş verən xəta ilə bağlı idi.

                                                                                         Nets mətbuat xidməti

                                                                                                                                                     

Bundan əlavə, İsveç bank qrupu Nordeanın mətbuat katibinin verdiyi məlumata əsasən, , bankın müştərilərinin gün ərzində mobil bankinq tətbiqindən istifadə edə bilmədiklərini və Netbank platforması ilə bağlı problemlər olunduğunu bildirib. Ancaq problem həll edilib.

OP Bank və S Group banklarının nümayəndələri Twitter-dəki hesablarından öz xidmətlərində nasazlıq olduğu barədə məlumatı paylaşıblar. Danske Bankının İctimaiyyətlə Əlaqələr Direktoru Sara Anttila bildirib ki,onlarında müştərilərində ödəniş kartları ilə əməliyyatda problem yaranıb. Günün sonuna qədər bütün problemlər həll edilib.

Nets, problemin onların  sisteminə aid olmadığını iddia etsə də, OP Bank bu məlumatları təkzib edib və problemlərin məhz bu ödəniş provayderinin  platformasında ortaya çıxdiğını bildirib.

Ötən il Nets 5,3 milyard dollara  Hellman & Fridman səhmdar cəmiyyətinə satılmışdı. 2016-cı ildə ödəniş şirkəti IPO-ya daxil olub və o zaman 4.83 milyard dollar dəyərində qiymətləndirilmişdir.

Son xəbərlər
Digər xəbərlər