14 C
Baku
Saturday, April 27, 2024

Avropanın ekoloji cəhətdən ən əlverişsiz şəhərləri açıqlanıb

Avropanın ekologiya baxımından ən çirkli şəhəri Makedoniyanın Tetovo şəhəri seçilib, numbeo.com saytı  tərəfindən tərtib edilən Pollution İndex 2018 Mid-year reytinq məlumatlarına görə. Bu şəhərin çirklənmə indeksi 97,57 bal oldu.

İtaliyanın Naples və Makedoniya paytaxtı Skopye sırayla 84.61 və 82.17 indeksləri ilə ikinci yeri paylaşıblar.

Avropadakı ən ekoloji cəhətdən əlverişsiz olan şəhərlər sırasına Tiran (Albaniya), Turin (İtaliya), Bosniya və Herseqovinanın paytaxtı – Sarayevo, Buxarest (Rumıniya), Polşanın Krakov şəhəri, Bolqarıstanın Plovdivi və Ukraynanın paytaxtı Kiyev şəhəri daxildir.

Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri müvafiq olaraq 19-cu və 17-ci yerləri tutublar.

Finlandiyanın Helsinki, İslandiyanın Reykjavik və İsveçrənin Zürih  şəhərləri Avropanın ən ekoloji cəhətdən təmiz şəhərlərindəndir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər