Avropanın enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycana səfər edəcək. O, Azərbaycanda və ABŞ-da bu mövzuda keçiriləcək konfranslarda iştirak edəcək.
Tərəfdaş ölkələrlə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etdiklərini vurğulayan K.Simson fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə və fevralın 7-də Aİ-ABŞ Enerji Şurasında bu danışıqları davam etdirəcəklərini vurğulayıb. K.Simson üzv ölkələr arasında həmrəyliyin olması və gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.