28 C
Baku
Tuesday, July 23, 2024

Avropanın nəhəng bankı Blockchain əsasında kredit platforması yaradacaq

Banker.az xəbər verir ki, başda İsveçrənin Credit Suisse bankı olmaqla bir qrup bank sindikatlaşdırılmış kreditlər üçün Blockchain əsasında kommersiya platformasını işə salmağı planlaşdırır.

Credit Suisse bankının Blockchain layihələrinin rəhbəri Emmanuel Aidoo EuroMoney nəşrinə verdiyi müsahibəsində bildirib ki, keçən payız başlanılan layihə üzrə sınaqlar uğurla davam etdirilir.

Sınaq prosesinin ikinci mərhələsi mart ayında başa çatıb. Layihənin məqsədi – sindikatlaşdırılmış kreditlər üçün bir neçə kreditorların öz kapitallarını fərdi borcalanlar üçün yatırdığı Blockhain əsasında bazarın yaradılmasıdır.

Layihə rəhbərləri ümid edir ki, Blockchain texnologiyası kreditləşmə bazarı iştirakçıları arasında baryerləri azaltmağa kömək edəcək. Bununla belə, lazımi kapitalın axtarılması üçün sərf edilmiş zaman və xərcləri də azaldacaq.

Son xəbərlər
Digər xəbərlər