10 C
Baku
Tuesday, November 26, 2024

Avropanın nəhəng banklarından biri virtual valyuta yaradır

İsveçrənin nəhəng UBS bankı banklar və maliyyə təşkilatları tərəfindən əsas maliyyə tranzaksiyalarının həyata keçirilməsi üçün virtual valyutanın prototipi üzərində işləməyə başlayıb.

Bitcoin kriptovalyutasından fərqli olaraq İsveçrə bankı elektron pulları real valyuta və Mərkəzi bank hesabları ilə əlaqələndirməyi təklif edib. Yeni virtual valyuta Blockchain texnologiyası əsasında yaradılmış maliyyə platformalarında tranzaksiyaların həyata keçirilməsi üçün istifadə olunacaq.

Məsələn, UBS Blockchain əsasında yaradılmış və istiqraz buraxan şəxsi platformaya sahib ola bilər. Digər bank isə səhmlərlə ticarət üçün Blockchain-platformaya sahib ola bilər. Lakin hər iki maliyyə təşkilatı yeni virtual valyutadan qarşılıqlı hesablaşmalar etmək üçün istifadə edəcək.

Son xəbərlər
Digər xəbərlər