11 C
Baku
Wednesday, December 11, 2024

Avropanın N26 fintexi $9 mlrd. qiymətləndirmə ilə $900 mln. cəlb edib

Almaniyanın N26 fintex-startapı yeni investisiya raundunu bağlayıb.

Banker.az xəbər verir ki, şirkət 9 milyard dollar qiymətləndirmə ilə 900 milyon dollar cəlb edib.

Maliyyə raundunun aparıcı investorları “Third Point Ventures” və “Coatue Management” olub, eyni zamanda bu prosesdə “Dragoneer Investment Group” iştirak edib.

Vəsait 1000 yeni işçiyə xərclənəcək. Onun ardınca yaxın 3-4 ildə IPO-ya hazırlıq görüləcək. Hal-hazırda N26-də dünyanın 25 ölkəsində 7 milyon müştərisi var. Xidmətin 2022-ci ildə Braziliya və Şərqi Avropada istifadəyə verilməsi planlaşdırılır.

N26 – müştərilərini bank məhsulları ilə təmin edən onlayn-bankdır. Qərargahı Berlində olan startap əsasən Avropa bazarında fəaliyyət göstərir. N26 Almaniyanın ən bahalı texnologiya startapıdır.

Son xəbərlər
Digər xəbərlər