22 C
Baku
Tuesday, April 23, 2024

Avropanın “Numbrs” bank hesabı aqreqatoru 40 milyon dollar cəlb etdi

Əsası Sürixdə qoyulan “Numbrs” startapı 40 milyon dollar cəlb edərək “təkbuynuzlu” ya çevrilib. Bu haqda “Numbrs” ın baş direktoru olan Martin Seidler məlumat verib. 

Xatırladaq ki, “Numbrs” 2014-cü ildə təsis edilmişdir və həmin ildə 200 milyon dollar cəlb etmişdir. Şirkətin əməkdaşları sırasına “Deutsche Bank” ın keçmiş rəhbəri və digər fiziki şəxslər daxildir. 

Son maliyyə raundunda həm köhnə investorlar, həm də yeni investorlar iştirak edib. Yeni investorların adları açıqlanmır. Seidler-in sözlərinə görə, startap hələki gəlirli deyil. Şirkət əməkdaşlarının fikrincə, 2021-ci ildə startap zərərsizlik səviyyəsinə çatacaqdır (break-even point). 

2020-ci ildə etibarən şirkət Böyük Britaniya, sonra isə digər Avropa ölkələrinin bazarlarına çıxmağı planlaşdırır. 

Numbrs tətbiqindən istifadə edərək istifadəçilər bütün hesablarını bir yerdə saxlaya bilərlər – xidmət gəlir və xərcləri təhlil etməyə, pul köçürməyə, loyallıq kartlarından istifadə etməyə, kreditləri təşkil etməyə və digər əməliyyatlar aparmağa imkan verir. Xidmət 3,5 mindən çox bank ilə əməkdaşlıq edir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər