2 C
Baku
Saturday, December 14, 2024

Avropanın qadın prezidentləri

İdarəedicilərin daha çox kişilər olduğu müasir dünyada xanımların dövlət başçısı olduğu ölkələrin sayı artmaqdadır. Hazırda Avropada 9 xanım prezident idarə edir. Gürcüstanda bu gün keçirilən prezident seçkilərində də qadın namizəd liderdir. Belə ki, “exit-pol”un nəticələrinə görə, Gürcüstanda prezidentliyə müstəqil namizəd Salome Zurabişvili seçicilərin 52,3 faiz səsini toplayıb. Salome Zurabişvili prezident seçilərsə, Cənbi Qafqazda ilk xanım dövlət başçısı olacaq.

Dalya Qribauskaytelitva pre dalya

Ardıcıl olaraq iki dəfə Litvanın prezidenti seçilən Dalya Qribauskayte daha çox Rusiya əleyhinə mövqeyi ilə tanınır. Onun dövründə Litvanın iqtisadiyyatı xeyli inkiaf edib .

Maria Louise Kolerio Presamalta pre maria

Maltanın prezidenti Maria Louise Kolerio Presa 16 yaşından bəri siyasətlə məşğul olur və ölkənin ən gənc prezidenti sayılır. Onun 2019-cu ildə Avropa Parlametinin sədrliyinə namizəd olacağı ehtimal olunur.

Kersti Kalyulaydestonia pre kresti

Estoniyanın ilk qadın prezidenti olan Kalyulayd liberal siyasəti ilə diqqət çəkir.  Prezident olmzda əvvəl Avropa Palatasında Estoniyanı təmsil edib. Prezident olana qədər ölkə daxilində çox da tanınmayıb.

Banderol Qrabar Kitaroviçxorvat pre bandreol

2015-ci ildən Xorvatiya prezidenti olan Banderol Qrabar Kitaroviç həm də ölkənin ilk qadın prezidenti kimi tarixə düçüb. Vyana Diplomatiya Akademiyasının məzunudur, prezident olmazdan əvvəl səfir kimi də çalışıb.

Salome Zurabişvilisalome

1952-ci ildə Parisdə yaşayan gürcü siyasi mühacirlərin ailəsind anadan olub. Salome 30 il Fransa Xarici İşlər Nazirliyində diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib və hazırda prezidentliyin bir addımlığındadır.

Modern.az

Son xəbərlər
Digər xəbərlər