Kommersiya bankı “Unibank” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib. Bununla da Müşahidə Şurasındakı üzvlərin sayı sədr də daxil olmaqla 5 nəfərə çatıb.
Yeni seçilmiş Müşahidə Şurasının üzvü isə Kristof Gabriel Maetze-Engelhardt (Christof Gabriel Maetze) adlı şəxsdir. Bu barədə Banker.az-ın əldə etdiyi məlumata istinad edir.
Cənab Maetze hazırda həmçinin, bir vaxtlar Azərbaycanda bank səhmdarı olmuş “AccessHolding”in Müşahidə Şurasında sədr müavinidir. Almaniya və Sinqapurda – “Commerzbank”, “Dresdner Bank” və “HypoVereinsbank” (indiki “UniCredit Bank AG”) kimi banklarında 30 ildən çox olmaqla yüksək vəzifələrdə çalışıb.
Unibank – 1992-ci ildə yaradılıb, 125.69 mln. manat səhm kapitalına sahibdir. Səhmlərinin, 86,4% -i Eldar Qəribov, 7,6% -i Canley Fınance SA Təşkilatı, 2,5% -i Zemfira Cəfərova, 2,2% -i Tsagkamılıs Georgıos, 0,8% -i İnna İvaşenko, 0,3% -i Faiq Hüseynov və 0,2% – Emin Quliyevə məxsudur.