10 C
Baku
Thursday, December 12, 2024

Avropanın texnologiya şirkətləri $400 mlrd. dəyər itirib

“Atomico” vençur kapitalı firmasının hesabatına görə, Avropadakı texnologiya şirkətləri 2022-ci ildə 400 milyard dollardan çox ucuzlaşıb. Onların ümumi bazar dəyəri 3.1 trilyon dollardan 2.7 trilyon dollara düşüb. Ekspertlər bu vəziyyəti bir sıra mənfi amillərlə – rekord inflyasiya, faiz artımı, geosiyasi qeyri-sabitlik və Ukraynadakı silahlı münaqişə ilə izah edirlər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bu il Avropada texnologiya sektoruna vençur investisiyalarının həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Əgər 2021-ci ildə 103.6 milyard dollarlıq rekord müəyyən edilibsə, cari ilin sonuna qədər, “Atomico” analitiklərinin gözlədiyi kimi, bu rəqəm 85 milyard dollara yaxın olacaq.

Payızda investorlar texnoloji startaplara ayda cəmi 3-5 milyard dollar sərmayə qoydular, nəticədə üçüncü rübdə investisiyaların həcmi keçən illə müqayisədə 40%-dən çox azalıb.

Son xəbərlər
Digər xəbərlər