12 C
Baku
Saturday, November 23, 2024

Avropanın Ukraynaya 50 milyard avroluq yardım proqramının təsdiqi gecikir

“Avropa İttifaqının Ukraynaya 50 milyard avroluq yardım proqramının təsdiqini gecikdirməsi ölkənin makroiqtisadi sabitliyinə zərbə vura bilər. Kiyev 2024-cü ilin yanvarına kimi nə baş verəcəyini anlamaq istəyir”.

Bunu “The Financial Times” qəzetinin təşkil etdiyi “Global Boardroom” konfransında onlayn çıxışı zamanı Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.

“Vaxt daralır və bizə yanvarın 1-də nə baş verəcəyini, necə işləyəcəyimizi, lazımi ödənişləri necə edəcəyimizi anlamaq lazımdır. Belə anlayışın olmaması makroiqtisadi sabitliyin pozulmasına gətirib çıxarır”-deyə, o bildirib.

Ukrayna baş nazirinin müavini Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin bir həftə əvvəl Kiyevə səfəri zamanı Aİ-nin yardım proqramının təsdiqi perspektivlərinin müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.

Stefanişina eyni zamanda əmin olduğunu bildirib ki, sonda Aİ liderləri müsbət qərar qəbul edəcəklər: “Biz bu məsələyə müsbət yanaşırıq”.

Son xəbərlər
Digər xəbərlər