1 C
Baku
Saturday, December 14, 2024

Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 80%-dən aşağı düşüb

Avropada yeraltı anbarlarda qaz ehtiyatları 80%-dən aşağı düşüb və əlverişli hava şəraiti səbəbindən ilin bu vaxtı üçün tarixi maksimum səviyyəsində qalıb.

Yanvarın 21-də Aİ ölkələrindəki anbarlardan qazın çıxarılma səviyyəsi 588 mln. kubmetr təşkil edib (2018-ci ildən bu gün üçün ən aşağı göstərici), qazın vurulma səviyyəsi isə 25 mln. kubmetr olub.

Qeyd edək ki, anbarlardan qazın çıxarılması 2022-ci il dekabr ayının ortalarına olan göstərici səviyyəsində qalır, lakin bu həftə bölgədə temperatur bir neçə dərəcə yüksələcək.

Eyni zamanda, Avropa İttifaqı ölkələri tərəfindən Rusiya qazının Ukrayna ərazisindən tranziti üçün müraciətlər aşağı səviyyədə qalır və yanvarın əvvəlindən 44% azalıb.

Avropada istilik mövsümü noyabrın 14-də başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan 22,87 mlrd. kubmetr qaz çıxarıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər