-1 C
Baku
Saturday, February 22, 2025

Avropanın yüksək dövlət borclu ölkələri açıqlanıb

Avropa İttifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (UDM) 81,5 faizinə bərabərdir.

Məlumatı Avropa Statistika Ofisi (Avrostat) açıqlayıb. Qurumun statistikasına görə 6 ölkənin dövlət borcu ÜDM-in 100 faizini ötüb.

Ən yüksək borc səviyyəsi Yunanıstanda qeydə alınıb. Burada dövlət borcu ÜDM-in 163,6 faizinə bərabərdir. Növbəti yerləri İtaliya (137 faiz), Fransa (112,2 faiz), Belçika (108 faiz), İspaniya (105,3 faiz) və Portuqaliya (100,6 faiz) bölüşür.

İl ərzində İttifaq ölkələrinin ümumi dövlət borcu 1 faizədək artıb.

Son xəbərlər
Digər xəbərlər