22 C
Baku
Friday, May 10, 2024

Avroparlament Ukraynaya 5 milyard avro maliyyə yardımı ayrılmasını dəstəkləyib

Avropa İttifaqı Parlamenti Ukraynaya 5 milyard avro maliyyə yardımın ayrılmasını dəstəkləyib.

Məlumatı Avropa İttifaqının (Aİ) saytı yayıb.

Bu məsələyə sentyabrın 15-də Strasburqda parlamentin plenar toplantısında sürətli prosedur üzrə baxılıb. Yardımın ayrılmasının lehinə 534, əleyhinə 30 deputat səs verib. 26 deputat isə bitərəf qalıb.

Bir müddət əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukraynaya 9 milyard avro həcmində makromaliyyə paketinin ayrılması təşəbbüsü ilə çıxış etmişdi. Bu məbləğdən bir milyard avro artıq verilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər