Avroqrup (Avrozonanın maliyyə nazirləri şurası) gecə saatlarında keçirilən videokonfrans zamanı, Avropa İttifaqının iqtisadiyyatını bərpa etmək planı ilə bağlı ortaq razılığa gələ bilməyib. Avroqrupun rəhbəri Mariu Sentenu, müzakirənin cümə axşamı günü davam edəcəyini söyləyib.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
“Biz 16 saat davam edən müzakirədən sonra ortaq razılığa gələ bilmədik. Mən avroqrupun növbəti iclasını cümə axşamı gününə qədər təxirə saldım”, – Mariu Sentenu öz “Twitter” səhifəsində yazır.