Vəzifə 1: Xəzinədar
Vəzifə və öhdəliklər:
• Nəğd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanılması, qorunması üzrə əməliyyatların aparılması və proqrama daxil edilməsi, işlənməsi
• Valyuta-mübadilə əməliyyatların aparılması.
Vakansiya ilə bağlı Tələblər:
• Ali təhsil (iqtisadiyyat, maliyyə)
• Xəzinədar kimi 1-3 il iş təcrübəsi;
• Yüksək səviyyəfə MS office proqram bilikləri, xüsusilə yüksək səviyyədə MS excel proqram biliyi;
• Logo proqramını bilənlərə üstünlük verilir;
• Pulla intensiv işləmə bacarığı.
Şəxsi keyfiyyətlər:
• Analitik təhlil bacarığı, diqqətcillik, dəqiqlik, məsuliyyətlilik, punktuallıq;
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
Vəzifə 2: Satınalma planlaması üzrə Mütəxəssis
Vəzifə və öhdəliklər:
• Müştəri sifarişlərinin, anbar qaıqlarının, yolda olan və yerləşdirlmiş açıq sifarişlərin satınalma və təchizat planlaması üçün detallı analizi;
• Xammal sərfiyyatına və qalıqlarına nəzarət.
• Təchiat planının hazırlanması, yenilənməsi və təchizatçılarla razılaşdırılması;
• Satış və sərfiyyat planına əsasən xammal və hazır məhsul təchizat planının və sifarışlərin sistemdə yerləşdirilməsi;
• Təchizatçılarla işgüzar yazışmaların aparılması;
• Lazımı hesabatların vaxtında rəhbərliyə və digər departamentlərə təqdim olunması .
Vakansiya ilə bağlı Tələblər:
• Ali təhsil
• Bu sahədə minimum 1 il iş təcrübəsi
• Analoji vəzifədə (Təchizat planlaması, təchizat zəncirinin idarə edilməsi və ya satınalma) iş təcrübəsi mütləqdir.
• FMCG Sektorunda təcrübəsi olanlara üstünlük verilir.
• Yüksək səviyyəfə MS office proqram bilikləri, xüsusilə yüksək səviyyədə MS excel proqram biliyi.
• Dil biliyi: İngilis dili yaxşı səviyyədə
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
Vəzifə 3: Satış planlaması üzrə Mütəxəssis
Vəzifə və öhdəliklər:
• Brendlər, kanallar üzrə tələb olunan dərəcədə ayrıntılı satışın stratejik , illlik , aylıq , rublük planlaşdırıllması.
• Satış və marketing komandası ilə satış hədəflərinin razılaşdırılması.
• Şirkətin məhsul portfelinin analizi (ABC), satış dinamkasının və marketing aksiyalarının analizi.
• Brendlər, kanallar üzrə tələb olunan dərəcədə ayrıntılı satış proqnozunun hazırlanması
• Satış planının yerinə yetiilməsinə nəzarət və yayınmaların səbəblərinin araşdırılması.
• Lazımı hesabatların vaxtında rəhbərliyə və digər departamentlərə təqdim olunması
Vakansiya ilə bağlı Tələblər:
• Ali təhsil
• Bu sahədə minimum 1 il iş təcrübəsi
• Satış sahəsində planlama və proqnozlaşdırma təcrübəsi mütləqdir.
• FMCG Sektorunda fəaliyyət göstərənlərə üstünlük veriləcək.
• Yüksək səviyyəfə MS office proqram bilikləri, xüsusilə yüksək səviyyədə MS excel proqram biliyi.
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə vəzifənin adını yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.