26 C
Baku
Monday, July 7, 2025

“Avrora” cərimələnir

Azərbaycanda xaricdən idxal olunan qidaların distrubutorlarından biri “Avrora” MMC barəsində cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, “Avrora” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, bu protokol Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilir.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Avrora Qrup” portifelin “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı  qida şirkətləri daxildir.

 

Son xəbərlər
Digər xəbərlər