“Avrora” Qrup “Sosial ictimai məsuliyyət” dəyərinə uyğun olaraq, qadın və uşaq sığınacaqlarına ərzaq, gigiyenik vasitələr və məktəb ləvazimatları çatdırıb.
Şirkət Xətai rayonu ərazisində yerləşən “SOS Uşaq Kəndləri – Azərbaycan”a gigiyenik vasitələr və Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evinə “Kreki” və “Sladena” brendlərinin təşəbbüsü ilə məktəb ləvazimatları, şirniyyatlar, “Kreki” çubuqları, uşaq bezi və ət payı çatdırıb.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi 2022-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında da kimsəsiz uşaqlara xüsusi yer ayrılıb və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməyə davam edəcək. Bu proqramın məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbkarı olmaqdır.