5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Avrora Qrup Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırıb

Avrora Qrup “ASAN Məktub” sosial proqramı ilə birlikdə Yeni İl münasibəti ilə Sumqayıt, Salyan, Sabirabad, Bərdə və Şəki şəhərində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

IMG 9450 scaled

“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 60 nəfər uşağın arzuları çin olub. 

IMG 9405 scaled

Avrora Qrup 2021-ci il ərzində “Korporativ sosial məsuliyyət proqramı”nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlamış və 2022-ci ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. 

IMG 9235 scaled 2 1 2 1 IMG 9206 scaled

 

Son xəbərlər
Oxşar xəbərlər