“Avrora Qrup”a “İnsan Resursları Departamentinin Rəhbəri” vəzifəsinə təyinat olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Fərhad Orucov təyin edilib.
O, 2024-cü ilin iyun ayından dekabr ayına kimi “SOCAR Upstream Operations Management” MMC-də HR rəhbəri kimi çalışıb.
Fərhad Orucov 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi və menecmenti” üzrə bakalavr dərəcəsi, 2014-2017-ci illərdə isə Sakarya Universitetində “İnsan Resurslarının İdarə Edilməsi/Kadrların İdarə Edilməsi” üzrə magistr dərəcəsinə yiyələnib.