®“Avrora” MMC pərakəndə sektorunda fəaliyyətə başlamış “Tamstore” marketlər şəbəkəsi üçün işçi qəbulunu davam etdirir. Mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi və paketləyici vakansiyaları üzrə “Açıq Qapı” keçiriləcək. Karyerasını pərakəndə sektorunda qurmaq istəyənlər 29 noyabr 2023-cü il tarixində saat 10:00-dan etibarən Avrora MMC-nin mərkəzi ofisinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 46C) yaxınlaşa bilərlər.
Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində (Badamdar, Bayıl, Binəqədi, Biləcəri, Xırdalan, Əmircan, Qaraçuxur, Xalqlar və Neftçilər metro stansiyası ərazilərində) yerləşən marketlərdə işlə təmin olunacaqlar. Mağazada 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və nahar təmin ediləcək. Təcrübə tələb olunmur.
Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün “Tamstore” tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və kişi namizədlər üçün hərbi biletin təqdim edilməsi vacibdir.