9 C
Baku
Sunday, November 17, 2024

Avrozonada inflyasiya 5.3% səviyyəsində qalıb

“Eurostat”ın ilkin məlumatlarına görə, 20 Avrozona ölkəsində illik inflyasiya templəri yavaşlamağı dayandırıb və avqust ayında iyul ayında olduğu kimi 5.3% səviyyəsində qalıb. İnflyasiya səviyyəsinin olduğu kimi qalmasının əsas amili enerji qiymətləri olub: illik ifadədə qiymətlər azalmaqda davam edib (iyulda 6.1% ilə müqayisədə 3.3%), lakin ay ərzində 3.2% artıb.

Ərzaq, alkoqol, tütün və enerji kimi dəyişkən malların qiymətlərini nəzərə almayan baza inflyasiya iyuldakı 5.5%-dən 5.3%-ə düşüb.

Avqustda ən yüksək illik inflyasiya Slovakiya (9.6%), Xorvatiya (8.5%) və Avstriyada (7.6%), ən aşağı göstərici isə Belçika (2.4%), İspaniya (2.4%) və Kiprdə (3%) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər