5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Avrozona iqtisadiyyatı sahibkarlıq fəaliyyətinin aktivliyində rekord eniş yaşayıb

Aprel ayında Avrozona iqtisadiyyatı sahibkarlıq fəaliyyətinin aktivliyində rekord eniş yaşayıb, çünki regional hakimiyyət orqanları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində fabrik və restoranları bağlamaq məcburiyyətində idilər.

Banker.az bu barədə “vesti.ru”ya istinadən xəbər verir.

Sahibkarlıq fəaliyyətinin aktivliyi indeksi 29,7 punktdan 13,6 punkt səviyyəsinə düşüb, bu barədə IHS Markit tədqiqat şirkəti məlumat verib.

İndeksin 50 punktdan aşağı olması sahibkarlıq fəaliyyətində azalmanı, yuxarı olması isə artımı göstərir.
Avrozonanın xidmətlər sahəsinin PMI-si 25,4 punktdan 12 punkt səviyyəsinə düşüb.

“Region iqtisadiyyatının böyük hissəsi bağlı olduğundan və Covid-19 infeksiyasına yoluxanların sayı artdığından, aprel göstəricilərinin pis olması qaçırılmaz idi. Buna baxmayaraq, ÜDM-nin 7,5% azalması ən pis gözləntiləri belə üstələyir”, – IHS Markit şirkətinin aparıcı iqtisadçısı Kris Uilyams bildirir.

“Eurostat”ın verdiyi məlumata görə, ötən həftə Avrozonanın ÜDM-si əvvəlki rüb ilə müqayisədə 3,8% azalıb və bu, 1995-ci ildən bəri ən böyük enişdir.

Son xəbərlər
Oxşar xəbərlər