9 C
Baku
Sunday, November 17, 2024

Avrozona pandemiyadan sonra ilk dəfə tənəzzüllə üzləşib

Avrozona iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 0.1% kiçilib. Bu barədə “Eurostat”ın yenilənmiş məlumatlarına istinadən “Bloomberg” yazıb. Avropa iqtisadiyyatı ardıcıl ikinci rübdür ki, geriləyir – ötən ilin dördüncü rübündə azalma 0.1% təşkil edib. Agentlik qeyd edir ki, bu, Avropada koronavirus pandemiyasından sonra ilk yarımillik tənəzzüldür.

Tənəzzül Rusiyanın Ukraynada başladığı müharibə və Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər nəticəsində qışda enerji daşıyıcılarının qiymətlərinin kəskin artması fonunda baş verib. “Bloomberg” yazır ki, tənəzzül Aİ siyasətçiləri və Avropa Mərkəzi Bankının (ECB) rəsmilərinə zərbədir, onlar inflyasiyanın Avrozona tarixində ən yüksək həddə çatdığı halda belə resessiyanın qarşısının alına biləcəyini dəfələrlə söyləyiblər.

“Eurostat”ın məlumatına görə, birinci rübdə Avrozonanın ÜDM-in azalması dövlət xərclərinin və ev təsərrüfatlarının xərclərinin azalması ilə əlaqədar olub. Agentlik qeyd edir ki, ehtiyatların azalması da iqtisadiyyata mənfi təsir göstərib.

Ümumilikdə, 20 Avrozona ölkəsindən yeddisi tənəzzüldən təsirlənib, “Forbes” yazıb. Bu ilin birinci rübündə 2021-ci ilin sonundan ÜDM-i artmayan Almaniya, Litva, Malta, Hollandiya, Yunanıstan, İrlandiya və Estoniyanın iqtisadiyyatları daralıb.

Son xəbərlər
Digər xəbərlər