10 C
Baku
Thursday, December 26, 2024

Avrozonada ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb

Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yüksək illik inflyasiya Estoniyada qeydə alınıb.

Bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat verib.

Qeyd edilib ki, Estoniyada illik inflyasiya 22%, Litvada 20.5%, Latviyada isə 19.2% olub.

İnflyasiyanın ən aşağı olduğu ölkələr isə Malta (6.1%) və Fransadır (6.5%).

Bildirilib ki, Avrozonada inflyasiyanın səviyyəsi iyunda ötən ayla müqayisədə artaraq 8.6% təşkil edib. Xatırladaq ki, Avrozonada may ayında inflyasiya, təxminən, 8.1% olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər