2 C
Baku
Saturday, December 14, 2024

Avrozonada dövlət borcunun ÜDM-ə nisbəti ilk dəfə 100%-i üstələyib

Bu ilin I rübünün nəticələrinə əsasən Avrozona ölkələrinin dövlət borcu ÜDM-in 100,5%-ni təşkil edib. Sözügedən göstəricinin 100%-i ötməsi ilk dəfə qeydə alınıb.

Martın 31-nə Avrozonanın dövlət borcu 10,259 trln. avro təşkil edib ki, bu da ötən ilin yekunlarına əsasən qeydə alınmış göstəricidən 7,6% azdır. Dövlət borcunun əsas hissəsini (80,9%) borc qiymətli kağızları, 15,5%-ni kreditlər, 3,5%-ni isə valyuta və depozitlər təşkil edib.Qeyd edək ki, cari ilin I rübünün yekunlarına əsasən, Avrozonada dövlət borcunun ÜDM-yə nisbətinin ən yüksək olduğu ölkələr Yunanıstan (209,3%), İtaliya (160%), Portuqaliya (137,2%), Kipr (125,7%) və İspaniyadır (125,2%). Bu göstəricinin ən aşağı olduğu ölkələr isə Estoniya(18,5%), Bolqarıstan(25,1%) və Lüksemburqdur (28,1%).

MənbəApa
Son xəbərlər
Digər xəbərlər