9 C
Baku
Sunday, November 17, 2024

Avrozonada illik inflyasiya 10%-dək yavaşlayıb

Noyabrın sonuna Avrozonanın 19 ölkəsində istehlak qiymətləri indeksi illik ifadədə 10.6%-dən 10%-dək azalıb. Bunu “Eurostat”ın ilkin qiymətləndirməsinin məlumatları sübut edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Avrozona ölkələri arasında ən yüksək inflyasiya Latviyada (12.7%), İtaliyada (12.5%), Estoniya və Litvada (21.4%) qeydə alınıb. Ən aşağı inflyasiya İspaniyadadır (6.6%). Bəzi ölkələr üzrə “Eurostat” öz qiymətləndirməsini hələ dərc etməyib.

Avrozonada inflyasiya mart ayından etibarən yüksəlir. Oktyabr ayında o, illik 10.7%-ə qədər sürətlənərək tarixi maksimuma çatıb. Avqust və sentyabr aylarında da rekord inflyasiya qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər