12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Avrozonada inflyasiya 2008-ci ildən bəri maksimum həddə çatıb

Avrozonada oktyabr ayında istehlak qiymətləri illik ifadədə 4.1% artıb ki, bu da 2008-ci ilin iyulundan bəri ən yüksək göstəricidir. Banker.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Statistika İdarəsi məlumat verib.

Qiymət artımı ən çox aşağıdakı sahələrdə müşahidə edilib:

– enerjidaşıyıcıları – (sentyabrdakı 17.6% ilə müqayisədə 23.5%),

– xidmətlər (sentyabrdakı 1.7% ilə müqayisədə 2.1%),

– qeyri-enerji sənaye malları (sentyabrdakı 2.1% ilə müqayisədə 2.0%),

– qida məhsulları, alkoqol və tütün (sentyabrda olduğu kimi 2.0%).

Xatırladaq ki, Avrozonada istehlak qiymətləri avqustda illik ifadədə 3%, Avropa Birliyi ölkələrində isə 3.2% yüksəlib. 2011-ci ilin noyabrından başlayaraq inflyasiya tempi sürətlə artır.

Son xəbərlər
Oxşar xəbərlər
X