24 C
Baku
Thursday, July 18, 2024

Avrozonada inflyasiya 5.2%-ə qədər yavaşlayıb

Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) yekun məlumatlarına əsasən, 2023-cü ilin avqustunda Avrozonada istehlak qiymətləri illik müqayisədə 5.2% artıb.

Beləliklə, inflyasiya iyulda 5.3%-dən aşağı düşərək, ötən ilin yanvarından bəri ən aşağı səviyyəyə çatıb.

Avrozonada enerji qiymətləri avqustda illik müqayisədə 3.3% ucuzlaşıb. Ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərində artım bir ay əvvəlki 10.8%-dən 9.7%-ə enib. Xidmət sektorunda inflyasiya 5.6%-dən 5.5%-ə düşüb.

Avqustda ərzaq və enerji istisna olmaqla istehlak qiymətlərinin artımı (“CPI Core” indeksi) proqnozu gözlənildiyi kimi 5.3% səviyyəsində təsdiqlənib. İyul ayında “CPI Core” indeksi 5.5% artıb.

Avqustda iyul ayı ilə müqayisədə Avrozonada istehlak qiymətləri əvvəlcədən elan olunduğu kimi 0.6% yox, 0.5% artıb.

Son xəbərlər
Digər xəbərlər