16 C
Baku
Wednesday, October 23, 2024

Avrozonada inflyasiya 5.5%-dək yavaşlayıb

Bu gün, iyulun 19-da Avropa Statistika Agentliyi bildirib ki, Avrozonada iyun inflyasiyası illik 5.5% təşkil edib ki, bu da 2022-ci ilin yanvarından bəri ən aşağı səviyyədir. Xatırladaq ki, avro zonasında may göstəriciləri 6.1% səviyyəsində olub. Bir il əvvəl, 2022-ci ilin iyununda avro zonasında inflyasiya 8.6% olaraq qiymətləndirilib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

İyun ayında Aİ-də ən aşağı inflyasiya Lüksemburq (1%), Belçika və İspaniyada (hər biri 1.6%) qeydə alınıb. Ən yüksək göstərici Macarıstanda (19.9%), Slovakiyada (11.3%) və Çexiyadadır (11.2%). İyun ayında avro zonasında ən çox qiymət artımı ərzaq, alkoqol və tütün məhsullarında (2.36%), eləcə də xidmətlərdə (2.3%) qeydə alınıb. İyun ayında Avrozonada yanacağın qiymətləri 0.57% ucuzlaşıb ki, bu da inflyasiyanın azalmasının əsas səbəbi olub.

Son xəbərlər
Digər xəbərlər