23 C
Baku
Wednesday, May 29, 2024

Avrozonada inflyasiya 7.4% təşkil edib

Bu ilin mart ayında Avrozonada illik inflyasiya 7,4% təşkil edib.

“Eurostat”ın verdiyi məlumata görə, bu, fevral ayı ilə müqayisədə 1,5 faiz bəndi çoxdur. Ötən ilin eyni ayında illik inflyasiya 1,3%-ə bərabər idi.

Qeyd edək ki, ən aşağı illik qiymət artımı Malta (4,5%), Fransa (5,1%) və Portuqaliyada (5,5%) qeydə alınıb. Ən yüksək illik inflyasiya isə Litva (15,6%), Estoniya (14,8%) və Çexiyada (11,9%) müşahidə olunub.

Ötən ay Avrozonada illik inflyasiya səviyyəsinə ən mühüm töhfəni enerji qiymətləri verib (4,36 faiz bəndi). Daha sonra xidmətlər sektoru (1,12 faiz bəndi), ərzaq, alkoqollu içkilər və tütün (1,07 faiz bəndi), qeyri-enerji sənayesi malları (0,9 faiz bəndi) gəlir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər