16 C
Baku
Saturday, April 13, 2024

Avrozonada inflyasiya illik 2.6 faizə düşüb

Fevralın sonunda avrozonada istehlak qiymətlərinin artım tempi illik 2.6 faizədək azalıb. Bu barədə “Eurostat” məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, yanvarda bu regionda inflyasiya illik 2.8 faiz təşkil edib. Beləliklə, ay ərzində göstərici 0.2 faiz bəndi azalıb.

Dekabr ayının səviyyəsi ilə müqayisədə fevral göstəriciləri 0.3 faiz bəndi düşüb. 2023-cü ilin son ayında avrozonada istehlak qiymətlərinin artım tempi illik 2.9 faiz təşkil edib. Eyni zamanda, noyabr ayı ilə müqayisədə göstərici əks dinamika nümayiş etdirərək 0.2 faiz bəndi artıb.

Fevralda avrozonada baza inflyasiyası (ərzaq və enerji qiymətləri istisna olmaqla) illik 3.1 faiz təşkil edib. Yanvarda bu göstərici 3.3 faiz, dekabrda isə 3.4 faiz olub.

Daha əvvəl bildirilmişdi ki, Avropa Mərkəzi Bankının (ECB) rəhbərliyi avrozonada inflyasiyanın gəlirlilik dərəcəsini illik 2 faizlik hədəfə çatdırmaq üçün ilkin şərtləri görür. Analitiklər öz proqnozlarını yeniləyiblər və hazırda regionda istehlak qiymətlərinin artımının 2024-cü ildə 2.7 faizə çatacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər