9 C
Baku
Sunday, November 17, 2024

Avrozonada inflyasiya noyabrda 2.4%-dək yavaşlayıb

2023-cü ilin noyabrında avrozonada istehlak qiymətləri illik ifadədə 2.4% artıb ki, bu da 2021-ci ilin iyulundan bəri ən aşağı göstəricidir.

Yekun qiymətləndirmə, əvvəllər elan edilmiş məlumatlara və “Trading Economics” tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozuna uyğun olub.

2023-cü ilin oktyabrında avrozonada inflyasiya illik ifadədə 2.9% təşkil edib.

Noyabr ayında ərzaq və enerji xərcləri (CPI Core index) nəzərə alınmadan qiymət artımı bir ay əvvəlki 4.2%-dən 3.6%, 2022-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə enib. Göstərici ilkin məlumatlar və bazar proqnozları ilə də üst-üstə düşüb.

Noyabrda enerji qiymətləri 11.5% (oktyabrda -11.2%) ucuzlaşıb. Ərzaq məhsulları, alkoqol və tütün məmulatları 6.9% (bir ay əvvəl +7.4%), xidmətlərin dəyəri 4% (oktyabrda +4.6%) bahalaşıb.

Noyabrda avrozonada istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0.6% azalıb (oktyabrda +0.1%).

Son xəbərlər
Digər xəbərlər