16 C
Baku
Monday, October 14, 2024

Avrozonada inflyasiya oktyabr ayında 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib

Avropa İttifaqının Statistika İdarəsinin ilkin hesablamanı təqdim edən hesabatına əsasən, oktyabr ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2.9% artıb.

Beləliklə, inflyasiya sentyabrda 4.3% ilə müqayisədə yavaşlayıb və 2021-ci ilin iyul ayından etibarən yeni minimuma çatıb.

Avrozonada enerji qiymətləri sentyabrda 4.6% azaldıqdan sonra oktyabrda illik 11.1% azalıb. Ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin artımı 8.8%-dən 7.5%-ə, xidmətlərin qiymətləri isə 4.7%-dən 4.6%-ə enib.

Oktyabr ayında ərzaq və enerji xərcləri istisna olmaqla qiymət artımı (CPI Core index) 2022-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib.

Avrozonada istehlak qiymətləri bu ay sentyabr ayı ilə müqayisədə 0.1% artıb.

Son xəbərlər
Digər xəbərlər