Avropa İttifaqının statistika idarəsinin ilkin məlumatları təqdim edən hesabatına əsasən, oktyabr ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2% artıb.
Beləliklə, inflyasiya 1.7% təşkil edən sentyabr ayı ilə müqayisədə daha da sürətlənib.
İlkin məlumatlara görə, bu ayda xidmətlərin qiymətində artım 3.9% təşkil edib, belə ki, sentyabrda ərzaq məhsullarının, alkoqollu içkilərin və tütün məmulatlarının qiymətlərinin artımı 2.4%-dən 2.9%-ə yüksəlib. Oktyabrda sənaye məhsulları 0.5% (sentyabrda +0.4%) bahalaşıb, enerji resursları 4.6% (sentyabrda -6.1%) ucuzlaşıb.
Ərzaq və enerji xərclərini nəzərə almasaq istehlak qiymətləri (CPI Core index) bir ay əvvəl olduğu kimi 2.7% artıb. Mütəxəssislər artımın 2.6%-ə qədər azalacağını gözləyirdilər.
Avrozonada istehlak qiymətləri oktyabrda əvvəlki ayla müqayisədə 0.3% artıb.
Oktyabr ayı üçün avrozonada inflyasiya dinamikası ilə bağlı yekun məlumatlar noyabrın 19-da açıqlanacaq.