2 C
Baku
Saturday, December 14, 2024

Avrozonada inflyasiya tarixi rekordu yeniləyib

Avropa İttifaqının Statistika İdarəsinin ilkin məlumatlarına əsasən, Avrozonada istehlak qiymətləri yanvarda illik ifadədə 5.1% artıb.

Banker.az xəbər verir ki, 2022-ci ilin birinci ayında ən çox enerji resursları bahalaşıb – 28.6%. Qeyd edək ki, sonuncu rekord 2008-ci ildə qeydə alınıb və 3% təşkil edib.

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard dəfələrlə bildirib ki, elektrik və istilik enerjisi qiymətləri ucuzlaşdıqca və tədarük zəncirləri yaxşılaşdıqca sürətlənmiş qiymət artımları dayanacaq.

Tənzimləyici 2023 və 2024-ci illərdə Avrozonada inflyasiyanın 2%-dən aşağı olacağı proqnozlarına istinad edərək faiz dərəcəsinin artırılmasını az ehtimal olunan adlandırır. Yanvar ayında “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların əksəriyyəti qiymət artımlarının hədəflərindən aşağı düşəcəyi və ilk dərəcə artımının 2023-cü ilin sentyabrında baş verəcəyi ilə razılaşıblar.

Son xəbərlər
Digər xəbərlər