Yanvarda Avrozonada inflyasiya illik ifadədə 8.5% təşkil edib və beləliklə, inflyasiyanın səviyyəsi ardıcıl üçüncü aydır ki, azalır. Belə ilkin məlumatları dünən, fevralın 1-də Avropa Statistika Agentliyi (Eurostat) dərc edib. Dekabrda avro zonasında qiymətlər 9.2% artıb, inflyasiya oktyabrda son illərdə maksimuma çatıb – 10.6%.
İnflyasiyanın yavaşlaması ilk növbədə enerji qiymətlərinin daha kiçik artımı ilə bağlıdır – onlar dekabrda 25.5%-ə qarşı yanvarda illik ifadədə 17.2% artıb. Yanvarda ərzaq məhsulları, alkoqol və tütün məmulatlarının qiymətləri 14.1% sənaye məhsullarının qiymətləri 6.9%, xidmətlərin qiymətləri 4.2% bahalaşıb. “Oxford Economics” analitik şirkətinin proqnozlarına görə, inflyasiya 2022-ci ilin sonunda pik həddə çatdı, 2023-cü ildə inflyasiya səviyyəsi azalmağa davam edəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Çərşənbə axşamı “Eurostat” Avrozonada ÜDM-nin dördüncü rübdə üçüncü ilə müqayisədə 0.1% artdığını bildirib.