10 C
Baku
Thursday, December 26, 2024

Avrozonada investorların inam indeksi yüksəlir

Avrozonada investorların inam indeksi son üç aydakı geriləmədən sonra ilk dəfə yüksəlib.

Sentyabr ayında mənfi 15,4 olan investorların inam indeksi oktyabrda 1,6 bənd artaraq mənfi 13,8 olub. Beləliklə, indeksdəki azalma tendensiyası oktyabrda dəyişərək artıma yönəlib.

İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də mənfi 8-dən mənfi 3,8-ə yüksəlib.

Cari vəziyyət indeksi isə ardıcıl dördüncü aydakı geriləməni davam etdirərək mənfi 22,3-dən mənfi 23,3-ə düşüb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər