Bu ilin sentyabr ayında avrozonada sənaye istehsalı 0,1% artıb.
Bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb.
Analitiklər isə ötən ay regional üzrə sənaye istehsalının 0,2% azalacağını gözləyirdi. Baxmayaraq ki, avqustda 0,4% artım qeydə alınmışdı.
Bununla belə, ötən ilin sentyabr ayı ilə müqayisədə avrozonada sənaye istehsalı 1,7% azalıb.
©Report